Xocavəndə növbəti köç olub - YENİLƏNİB - FOTO
Növbəti köç karvanları Xocavənd şəhərinə, Quzeyxırman kəndinə və Qırmızı Bazar qəsəbəsinə çatıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərində 33 ailədən ibarət 135 nəfərə, Quzeyxırman kəndində 8 ailədən ibarət 41 nəfərə, Qırmızı Bazar qəsəbəsində isə 9 ailədən ibarət 44 nəfərə mənzillərin açarları təqdim edilib.
Açarların təqdim edilməsi mərasimlərində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bu gün ümumilikdə 50 ailədən 220 nəfərin Xocavənd rayonuna qayıdıb.
--------
09:00
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç karvanları yola salınıb.
Day.Az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 33 ailə - 135 nəfər, Qırmızı Bazar qəsəbəsinə 9 ailə - 44 nəfər, Quzeyxırman kəndinə isə 8 ailə - 41 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре