https://news.day.az/azerinews/1861351.html Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Gününü təbrik edib Ukraynanın Azərbaycandakı səfirliyi Azərbaycanın 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib. Paylaşım səfirliyin "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunub. "Bu gün Azərbaycan xalqı Dövlət Suverenliyi Gününü qeyd edir. Azərbaycanı bu mühüm dövlət bayramı münasibətilə ürəkdən təbrik edirik!

Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Gününü təbrik edib

Azərbaycanca, 20 сентября 2026 17:32 (UTC +04:00) 225
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Gününü təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi Azərbaycanın 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.

Paylaşım səfirliyin "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

"Bu gün Azərbaycan xalqı Dövlət Suverenliyi Gününü qeyd edir.

Azərbaycanı bu mühüm dövlət bayramı münasibətilə ürəkdən təbrik edirik!

Qoy Azərbaycan Respublikası bundan sonra da öz dövlətçiliyini möhkəmləndirsin, inkişaf etsin və çiçəklənsin, xalqı isə sülh, birlik və rifah içində yaşasın.

Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməkdə davam edir. Ölkələrimiz dostluq və qarşılıqlı faydalı strateji tərəfdaşlığı ardıcıl şəkildə inkişaf etdirir. Biz Azərbaycan rəhbərliyinə və xalqına Ukrayna ilə həmrəyliyinə və göstərdiyi dəstəyə görə ürəkdən minnətdarıq.
Azərbaycan Respublikasına sülh, rifah və tərəqqi arzulayırıq!

Dövlət Suverenliyi Gününüz mübarək!" - deyə paylaşımda bildirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости