https://news.day.az/azerinews/1861647.html Xankəndi, Xocalı və Ağdərəyə 136 nəfər qayıtdı - YENİLƏNİB - FOTO Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb.

Xankəndi, Xocalı və Ağdərəyə 136 nəfər qayıtdı - YENİLƏNİB - FOTO

Azərbaycanca, 22 сентября 2026 13:06 (UTC +04:00) 301
Xankəndi, Xocalı və Ağdərəyə 136 nəfər qayıtdı

Böyük Qayıdış proqramı çərçivəsində sentyabrın 22-də Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib.

Day.Az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-in Qarabağ bürosuna verilən xəbərə görə, bu mərhələdə 136 nəfərdən ibarət 35 ailə doğma torpaqlarına qayıdıb.

Köç çərçivəsində Xankəndi şəhərinə 3 ailə - 13 nəfər, Kərkicahan qəsəbəsinə 5 ailə - 22 nəfər, Xocalı rayonunun Təzəbinə kəndinə 7 ailə - 31 nəfər, Xanyurdu kəndinə 5 ailə - 22 nəfər, Xanabad kəndinə 2 ailə - 10 nəfər, Ballıca kəndinə 1 ailə - 4 nəfər, Ağdərə rayonunun Vəngli kəndinə 4 ailə - 14 nəfər, Çapar kəndinə 4 ailə - 11 nəfər, Aşağı Oratağ kəndinə isə 4 ailə - 9 nəfər köçürülüb. Köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

XXX

07:09

Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb.

Day.Az xəbər verir ki, sentyabrın 22-də Xankəndi şəhəri, Xankəndinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun Təzəbinə, Xanyurdu, Xanabad və Ballıca kəndləri, Ağdərə rayonunun Vəngli, Çapar, Aşağı Oratağ kəndləri və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xankəndi şəhərinə 3 ailə - 13 nəfər, Xankəndinin Kərkicahan qəsəbəsinə 5 ailə - 22 nəfər, Xocalının Təzəbinə kəndinə 7 ailə - 31 nəfər, Xanyurdu kəndinə 5 ailə - 22 nəfər, Xanabad kəndinə 2 ailə - 10 nəfər, Ballıca kəndinə 1 ailə - 4 nəfər, Ağdərənin Vəngli kəndinə 4 ailə - 14 nəfər, Çapar kəndinə 4 ailə - 11 nəfər, Aşağı Oratağ kəndinə 4 ailə - 9 nəfər, Cəbrayılın Şükürbəyli kəndinə isə 24 ailə - 148 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости