https://news.day.az/azerinews/1872123.html Bakının bəzi ərazilərində işıq olmayacaq Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bakının bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanca, 5 ноября 2026 06:03 (UTC +04:00) 235
Bakının bəzi ərazilərində işıq olmayacaq

Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişinin keyfiyyətini artırmaq və artan enerji tələbatını qarşılamaq məqsədilə bu gün Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində yerləşən bir sıra transformator məntəqələrində təmir və texniki baxış işləri aparılacaq.

Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Qurban Xəlilov küçəsində, Moskva prospektində və Birinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Nizami rayonunda isə saat 10:00-dan 14:00-dək Əli Vəliyev küçəsinin və Qara Qarayev prospektinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdəki abonentlərin elektrik enerjisi ilə daha keyfiyyətli və dayanıqlı təminatı həyata keçiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости