https://news.day.az/azerinews/1872184.html Əmək pensiyalarının ödənilməsinə gələn il 8,7 milyard manat yönəldiləcək 2027-ci ildə Azərbaycanda əmək pensiyalarının ödənilməsi xərclərinin 8 milyard 669,43 milyon manat olması proqnozlaşdırılır. Day.Az xəbər verir ki, bu, "Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Əmək pensiyalarının ödənilməsinə gələn il 8,7 milyard manat yönəldiləcək

Azərbaycanca, 5 ноября 2026 11:38 (UTC +04:00) 245
Əmək pensiyalarının ödənilməsinə gələn il 8,7 milyard manat yönəldiləcək

2027-ci ildə Azərbaycanda əmək pensiyalarının ödənilməsi xərclərinin 8 milyard 669,43 milyon manat olması proqnozlaşdırılır.

Day.Az xəbər verir ki, bu, "Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, əmək pensiyalarının ödənilməsi xərcləri 2026-cı ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 676,55 milyon manat və ya 8,46 faiz çox olacaq.

Proqnoz hazırlanarkən əmək pensiyalarının nominal əməkhaqqının gözlənilən artım tempinə uyğun indeksləşdirilməsi də nəzərə alınıb. Belə ki, 2027-ci il üçün pensiyaların indeksləşdirilməsi göstəricisi 7,5 faiz hesablanıb.

Sənəddə qeyd olunub ki, 2026-cı ilin sonuna pensiyaların aylıq məbləğinin 663,82 manat olacağı gözlənilir. Bu göstərici və pensiya məbləğlərində aylıq dəyişiklik dinamikası nəzərə alınmaqla 2027-ci il üzrə pensiya xərcləri proqnozlaşdırılıb.

Ümumilikdə, 2027-ci ildə əhaliyə ödənişlər üçün 8 milyard 950,06 milyon manat vəsait nəzərdə tutulub. Bunun 280,63 milyon manatı məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin ödənilməsinə yönəldiləcək.

Qeyd edək ki, əmək pensiyalarının ödənilməsi əhaliyə ödənişlər üzrə nəzərdə tutulan vəsaitin əsas hissəsini təşkil edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости