Bu meyvələri yanaşı saxlamaq olmaz – Tez xarab olurlar
Meyvələrin eyni səbətdə saxlanılması onların daha tez xarab olmasına səbəb ola bilər.
Day.Az xəbər verir ki, Kaliforniya Universiteti və ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatlarına görə, bəzi meyvələrin ifraz etdiyi etilen qazı digər məhsulların yetişmə və çürümə prosesini sürətləndirir.
Xüsusilə alma, banan, armud və avokado etilen qazını daha çox ifraz edir. Bu meyvələr brokoli, xiyar, kahı və digər həssas tərəvəzlərlə yanaşı saxlanıldıqda onların saralmasına, solmasına və daha tez xarab olmasına səbəb ola bilər.
Mütəxəssislər meyvə və tərəvəzlərin saxlanma zamanı bir-birindən ayrılmasını tövsiyə edirlər. Alma və banan kimi etilen ifraz edən məhsulları həssas tərəvəzlərdən uzaq saxlamaq, həmçinin çiyələk, gilas və üzüm kimi yığıldıqdan sonra yetişməyə davam etməyən meyvələri düzgün şəraitdə qorumaq lazımdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре