https://news.day.az/azerinews/1874267.html Bu gün Bakıda baş vermiş ağır qəzanın anbaan VİDEOSU Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda yeraltı piyada keçidinin bir neçə metr yaxınlığında baş vermiş ağır yol-nəqliyyat hadisəsinin videogörüntülərini yayıb. Day.Az xəbər verir ki, piyadanın yanlış seçim etməsi faciə ilə nəticələnib.

Bu gün Bakıda baş vermiş ağır qəzanın anbaan VİDEOSU

Azərbaycanca, 13 ноября 2026 21:45 (UTC +04:00) 220
Bu gün Bakıda baş vermiş ağır qəzanın anbaan

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda yeraltı piyada keçidinin bir neçə metr yaxınlığında baş vermiş ağır yol-nəqliyyat hadisəsinin videogörüntülərini yayıb.

Day.Az xəbər verir ki, piyadanın yanlış seçim etməsi faciə ilə nəticələnib.

Belə ki, bu gün axşam saatlarında paytaxtın Nizami rayonu, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan avtomobillərdən biri yaxınlıqda yeraltı piyada keçidinin olmasına baxmayaraq, yolun hərəkət hissəsindən qaçaraq keçməyə çalışan piyadanı vurub. Piyada aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости