https://news.day.az/azerinews/1874269.html Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində IDEA İctimai Birliyi və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) tərəfdaşlığı ilə "Geri çəkilən dəniz: Xəzər bölgəsində iqlim, təbiət və insanlar" mövzusunda tədbir təşkil edilib.

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

Azərbaycanca, 13 ноября 2026 21:45 (UTC +04:00) 249
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində IDEA İctimai Birliyi və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) tərəfdaşlığı ilə "Geri çəkilən dəniz: Xəzər bölgəsində iqlim, təbiət və insanlar" mövzusunda tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin azalması burada yaşayan nadir canlı növləri, o cümlədən nərə balıqları və Xəzər suitilərinin mövcudluğunu təhlükə altına qoyur. O, dənizin ekoloji problemlərinin həlli üçün elmi tədqiqatların genişləndirilməsinin, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Çıxışında IDEA İctimai Birliyinin bu istiqamətdə həyata keçirdiyi layihələrə toxunan Leyla Əliyeva bildirib ki, Xəzər suitilərinin sayının azalmasının səbəblərini araşdırmaq məqsədilə elmi ekspedisiyalar təşkil edilib, balıq ehtiyatlarının bərpası üçün müxtəlif növ balıq körpələri su hövzələrinə buraxılıb.

Leyla Əliyeva IDEA-nın Xəzər sahillərinin təmizlənməsi istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə də məlumat verib. Qeyd olunub ki, 2011-ci ildən etibarən təşkil edilən sahilyanı təmizlik aksiyalarına 7 minə yaxın könüllü qoşulub, 120 tondan çox tullantı toplanaraq təkrar emala yönəldilib. O, Xəzər dənizinin gələcəyinin bu gün qəbul edilən qərarlardan asılı olduğunu vurğulayaraq, onun zəngin təbiətini gələcək nəsillər üçün qorumağa çağırıb.

Tədbirin açılışında, həmçinin IUCN-in Baş direktorunun müavini Stüart Maqinnis və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Dayanıqlı Enerji Bölməsinin direktoru Dario Liquti çıxış ediblər.

Daha sonra keçirilən panel müzakirələrində IDEA İctimai Birliyinin Xəzər tədqiqatları üzrə eksperti Elnur Səfərov, Böyük Britaniyanın Lids Universitetinin nümayəndəsi Saymon Qudman, "Great Whale Conservancy" təşkilatının təsisçisi və icraçı direktoru Maykl Fişbax, eləcə də Cenevrə Universitetinin nümayəndəsi, Caspisnet şəbəkəsinin sədri Aleksandr Hedjazi iştirak ediblər.

Müzakirələr zamanı Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən iqlim amilləri, biomüxtəlifliyin qorunması, dəniz ekosistemlərinin dəyişən şəraitə uyğunlaşdırılması və regional əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə IDEA İctimai Birliyi tərəfindən hazırlanmış Xəzər dənizinin mövcud ekoloji vəziyyətinə həsr olunan qısametrajlı sənədli film nümayiş edilib.

  • Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости