https://news.day.az/azerinews/1874367.html Mədəkiçiltmə əməliyyatı ilə bağlı XƏBƏRDARLIQ - Bu vacib qaydaları mütləq bilməlisiniz - VİDEO Mədə kiçiltmə əməliyyatlarına marağın artması ilə yanaşı, bu prosedurun mümkün riskləri və fəsadları da müzakirə olunur. Həkimlər bildirirlər ki, bariatrik əməliyyat sadəcə arıqlamaq vasitəsi deyil və yalnız tibbi göstəriş olduqda həyata keçirilməlidir.

Mədəkiçiltmə əməliyyatı ilə bağlı XƏBƏRDARLIQ - Bu vacib qaydaları mütləq bilməlisiniz - VİDEO

Azərbaycanca, 14 ноября 2026 13:42 (UTC +04:00) 144
Mədəkiçiltmə əməliyyatı ilə bağlı

Mədə kiçiltmə əməliyyatlarına marağın artması ilə yanaşı, bu prosedurun mümkün riskləri və fəsadları da müzakirə olunur. Həkimlər bildirirlər ki, bariatrik əməliyyat sadəcə arıqlamaq vasitəsi deyil və yalnız tibbi göstəriş olduqda həyata keçirilməlidir. Əməliyyat qərarı pasiyentin çəkisi, boyu, bədən kütlə indeksi və piylənmə ilə əlaqəli xəstəliklər nəzərə alınaraq verilməlidir.

Day.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, əməliyyatdan sonra qidalanma qaydalarına əməl edilməməsi, vitamin çatışmazlığı və həkim nəzarətindən yayınmaq qanaxma, infeksiya, həzm problemləri və reflüks kimi fəsadlara səbəb ola bilər.

Bundan başqa, yanlış qidalanma vərdişləri əməliyyatdan bir neçə il sonra çəkinin yenidən artması ilə nəticələnə bilər.

Həkimlər vurğulayırlar ki, mədə kiçiltmə əməliyyatı arıqlama prosesinin sonu deyil, yeni həyat tərzinin başlanğıcıdır. Əldə olunan nəticənin qorunması üçün sağlam qidalanma, fiziki aktivlik və mütəmadi tibbi nəzarət vacibdir.

Ətraflı "ATV"-nin videomaterialında:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости