https://news.day.az/azerinews/1875024.html
Gənc aktrisa vəfat etdi
ƏSA Teatrının gənc aktrisası Leyla Musayeva vəfat edib. Day.Az unikal-a istinadən xəbər verir ki, bu barədə teatrın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, "Aktyorluq laboratoriyası"nın üzvü olmuş Leyla Musayeva uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib.
Gənc aktrisa vəfat etdi
ƏSA Teatrının gənc aktrisası Leyla Musayeva vəfat edib.
Day.Az xəbər verir ki, bu barədə teatrın sosial şəbəkə hesabında məlumat verilib.
Bildirilib ki, "Aktyorluq laboratoriyası"nın üzvü olmuş Leyla Musayeva uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib.
Leyla Musayeva "Axtarış", "Hamlet" və "Paris Notr-Dam" tamaşalarında çıxış edib.
"Onun həyat uğrunda mübarizəsi, teatra olan sevgisi və səhnəyə bağlılığı bizim üçün son dərəcə dəyərli idi. Leylanın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq" deyə, paylaşımda qeyd olunub.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре