https://news.day.az/azerinews/1875167.html Azərbaycanda 210 alman şirkəti aktiv fəaliyyət göstərir - Ceyhun Bayramov Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmər mövcuddur və xüsusi önəm kəsb edir. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniya xarici işlər naziri Johann David Vadephulla birgə brifinqdə çıxışı zamanı deyib.

Azərbaycanda 210 alman şirkəti aktiv fəaliyyət göstərir - Ceyhun Bayramov

Azərbaycanca, 18 ноября 2026 11:18 (UTC +04:00) 300
Azərbaycanda 210 alman şirkəti aktiv fəaliyyət göstərir

Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmər mövcuddur və xüsusi önəm kəsb edir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniya xarici işlər naziri Johann David Vadephulla birgə brifinqdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, ölkələr arasında kifayət qədər hüquqi baza mövcuddur.

"Bugünədək iki ölkə arasında 80 müxtəlif sənəd imzalanıb və qüvvədədir. 2026-ci ilin ilk 9 ayında ticarət həcmi 1 milyard ABŞ dollar həcmində olub. Azərbaycanda 210 alman şirkəti aktiv fəaliyyət göstərir. Almaniyanın Azərbaycana qoyduğu investisiya 950 milyon ABŞ dollarına yaxındır",- deyə o əlavə edib.

Nazir xatırladıb ki, ənənəvi olaraq xam neft ixracı sahəsində mövcud olan əlaqələrlə yanaşı, yeni inkişaf istiqaməti kimi Azərbaycan qazının Almaniyaya tədarükünə başlanılıb.

Ceyhun Bayramov bildirib ki, nununla da Azərbaycanın qaz təchizatı həyata keçirdiyi ölkələrin sayı artıq 16 ölkəyə çatıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости