https://news.day.az/azerinews/1875182.html Orta Dəhliz və Transxəzər nəqliyyat marşrutu Almaniya üçün iqtisadi və strateji əhəmiyyət daşıyır - Nazir Orta Dəhliz və Transxəzər nəqliyyat marşrutu Almaniya üçün iqtisadi və strateji əhəmiyyət daşıyır. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Johann David Vadephul Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə brifinq zamanı Trend-in sualını cavablandırırkən bildirib.

Orta Dəhliz və Transxəzər nəqliyyat marşrutu Almaniya üçün iqtisadi və strateji əhəmiyyət daşıyır - Nazir

Azərbaycanca, 18 ноября 2026 11:42 (UTC +04:00) 290
Orta Dəhliz və Transxəzər nəqliyyat marşrutu Almaniya üçün iqtisadi və strateji əhəmiyyət daşıyır

Orta Dəhliz və Transxəzər nəqliyyat marşrutu Almaniya üçün iqtisadi və strateji əhəmiyyət daşıyır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Johann David Vadephul Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə brifinq zamanı Trend-in sualını cavablandırırkən bildirib.

Nazir qeyd edib ki, Almaniyanın və Avropa İttifaqının əsas məqsədlərindən biri həm siyasi, həm də iqtisadi sahələrdə etibarlı tərəfdaşlar tapmaqdır.

"Məhz buna görə də biz azad ticarət sazişlərini təşviq edirik və infrastrukturun perspektivli tərəfdaşlarla əlaqələrimizi daha yaxşı qurmağımıza imkan verməsi istiqamətində işləyirik.

Bu kontekstdə Orta Dəhliz Avropa üçün strateji əhəmiyyət kəsb edir. Məhz buna görə də onun həyata keçirilməsi Avropa İttifaqı və Almaniyanın fəal işlədiyi prioritet layihələrdən biridir.

Ümid edirəm ki, qısa müddət ərzində müsbət nəticələr əldə edə biləcəyik. Mən həmçinin Ermənistanda buna nail olmağa çalışacağam və bu layihə üzrə konkret praktiki işə keçməyə çağıracam".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости