https://news.day.az/azerinews/1875546.html Azərbaycanda şagirdlərin sayı azalıb Azərbaycanda ümumi təhsil müəssisələrində oxuyan şagirdlərin sayı ötən tədris ili ilə müqayisədə azalıb. Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Məlumata əsasən, azalma xüsusilə kənd məktəblərində qeydə alınıb.

Azərbaycanda şagirdlərin sayı azalıb

Azərbaycanca, 19 ноября 2026 14:02 (UTC +04:00) 267
Azərbaycanda şagirdlərin sayı azalıb

Azərbaycanda ümumi təhsil müəssisələrində oxuyan şagirdlərin sayı ötən tədris ili ilə müqayisədə azalıb.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata əsasən, azalma xüsusilə kənd məktəblərində qeydə alınıb. Belə ki, 2025/2026-cı tədris ilində ölkənin şəhər məktəblərində 1 milyon 96.8 min, kənd məktəblərində isə 577.9 min şagird təhsil alıb.

Müqayisə üçün qeyd edək ki, 2024/2025-ci tədris ilində şəhər məktəblərində 1 milyon 98.4 min, kənd məktəblərində isə 596.7 min şagird olub.

Beləliklə, bir tədris ili ərzində şəhər məktəblərində şagirdlərin sayı 1 600 nəfər, kənd məktəblərində isə 18 800 nəfər azalıb.

Ümumilikdə, ölkə üzrə ümumi təhsil müəssisələrində şagirdlərin sayı əvvəlki tədris ili ilə müqayisədə 20 400 nəfər azalıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости