https://news.day.az/azerinews/1875610.html DİM-də Məleykə Abbaszadənin rəhbərliyi dövründə hansı dəyişikliklər olub? Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, buraxılış imtahanları, magistratura və rezidenturaya qəbul prosesində illər ərzində bir sıra dəyişikliklər olub. İmtahanların məzmunundan qiymətləndirmə mexanizmlərinə, elektron xidmətlərdən yeni imtahan formatlarına qədər müxtəlif yeniliklər tətbiq edilib.

DİM-də Məleykə Abbaszadənin rəhbərliyi dövründə hansı dəyişikliklər olub?

Azərbaycanca, 19 ноября 2026 16:50 (UTC +04:00) 188
DİM-də Məleykə Abbaszadənin rəhbərliyi dövründə hansı dəyişikliklər olub?

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, buraxılış imtahanları, magistratura və rezidenturaya qəbul prosesində illər ərzində bir sıra dəyişikliklər olub. İmtahanların məzmunundan qiymətləndirmə mexanizmlərinə, elektron xidmətlərdən yeni imtahan formatlarına qədər müxtəlif yeniliklər tətbiq edilib.

Məleykə Abbaszadənin rəhbərliyi dövründə Dövlət İmtahan Mərkəzində (DİM) hansı dəyişikliklər baş verib?

Day.Az Trend-ə istinadən sözügedən dəyişiklərlə bağlı materialı təqdim edir:

Məleykə Abbaszadə 2000-2016-cı illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 2016-cı il aprelin 12-də Dövlət İmtahan Mərkəzinin sədri təyin olunub. 2024-cü il iyulun 23-dən isə DİM-in İdarə Heyətinin sədri vəzifəsini icra edir.

O, 2000-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri təyin edilib. Bu dövrdə qəbul imtahanları əsasən test üsulu ilə keçirilirdi. Sonrakı illərdə test tapşırıqlarının məzmununda və formasında dəyişikliklər aparılmağa başlanıb.

2009-cu ildə test tapşırıqlarının forması dəyişib. İmtahanlarda yalnız beş cavab variantından birini seçmək tələb olunan suallarla kifayətlənilməyib. Xronoloji ardıcıllığın müəyyən edilməsi, uyğunluğun tapılması və yazı işi kimi tapşırıqlardan da istifadə olunmağa başlanıb.

2013-2019-cu illərdə 5-11-ci siniflər üzrə ölkə miqyasında monitorinq imtahanları keçirilib.

2016-cı ildə DİM yaradıldı. 12 aprel 2016-cı ildə Məleykə Abbaszadə yeni yaradılmış Dövlət İmtahan Mərkəzinin sədri təyin edilib. Bununla TQDK-nın həyata keçirdiyi qəbul və qiymətləndirmə funksiyaları yeni qurumun fəaliyyətində birləşdirilib.

2017-ci idə IX sinif üzrə buraxılış imtahanları yeni proqram və model əsasında keçirilməyə başlanıb.Əvvəlki qaydadan fərqli olaraq, imtahan iki mərhələdə təşkil edilib. Açıq və qapalı tipli tapşırıqlarla yanaşı, oxuyub-anlama və yazı bacarıqlarının yoxlanılması da nəzərdə tutulurdu.

2018-ci ildə abituriyentlərə eyni qəbul ili ərzində qəbul imtahanında iki dəfə iştirak etmək imkanı yaradılıb.

2019-cu ildə XI sinif üzrə buraxılış imtahanları yeni qaydalarla keçirilməyə başlanıb. Buraxılış imtahanının nəticəsi ali təhsil müəssisələrinə qəbul prosesində də nəzərə alınmağa başlayıb.

2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar imtahanların təşkili qaydalarında dəyişikliklər edilib. İmtahanların keçirilmə tarixləri epidemioloji vəziyyətə uyğunlaşdırılıb, iştirakçıların sağlamlığının qorunması üçün əlavə tədbirlər görülüb.

2023-cü ildə DİM elektron imtahan infrastrukturunun genişləndirilməsini əsas hədəflərindən biri kimi müəyyən edib. Yeni imtahan korpusunda elektron imtahanların təşkili, gələcəkdə isə müəyyən sayda iştirakçını əhatə edən imtahanların kompüter və internet imkanları olan məktəblərdə keçirilməsi planlaşdırılıb.

2026-cı ildə DİM imtahanların böyük hissəsinin elektronlaşdırılması planını açıqlayıb. Rezidenturaya qəbul imtahanının ikinci mərhələsinin elektron formata keçirilməsi də bu istiqamətdəki yeniliklərdəndir.

Bundan başqa, XI sinif buraxılış imtahanında xarici dil üzrə yazı bacarığının yoxlanılması üçün təxminən 100 sözdən ibarət mətn yazılması təklif edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости