Stilist Anar: Adları heç heyvan dəftərində yoxdur

Day.Az представляет новость на азербайджанском языке
Stilist Anar Ağakişiyev həmkarlarını təhqir edib.
Day.Az axşam.az-a istinadən xəbər verir ki, o, "Atv maqazin onlarla" verilişində stilistləri oğurluqda günahlandırıb:
"Dağ boyda stilistlər qalıb bir kənarda, işi bilməyən bəziləri dərs verir. Dünyada sizin adınızı Nigar İbrahimova, Anar, Ruxa qədər tanıyırlar? Keçmişinizi unutmayın. Adları heç heyvan dəftərində yoxdur. Valideynlərinin adı arxasında gizlənirlər. Ac qalsam da, bədxah qonşularımızın işlərini təkrarlamaram. Amma onları təkrarlayan vizajistlərimiz var. Niyə dilləri qısa olmalıdır? Niyə hansısa xarici konfransda erməni deməlidir ki, filankəs bizdən oğurladı? Olmaz, etməyin".
Vizajist Nigar İbrahimova Anarın sözlərinə haqq qazandırdığını bildirib:
"Anarın nə demək istədiyini başa düşürəm. Ondan qorxulur. Kimlərinsə adını çəkib, reklam etməyək".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре