Azərbaycan aktyorları Türkiyə kinematoqrafiyasını fəth edir - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке
Aprelin 15-də Türkiyədə "Kızkaçıran" adlı yeni filmin premyerası olacaq. Trend Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu filmdə azərbaycanlı aktyorlar da rol alıb - Könül Nağıyeva və Kamran Ağabalayev.
Filmin rejissoru və ssenari müaəllifi Qokxan Uğurdur.
Filmdə Emir Benderlioğlu, Aydan Burxan, Yüksel Unal, Barış Kiraloğlu, Erol Aksoy kimi məşhur türk aktyorları da iştirak edir.
Fimin maraqlı süjeti var - gəlinin toy günü qaçırılmasından bəhs olunur.
Qeyd edək ki, bu azərbaycanlı aktyorlar bundan öncə də Türkiyədə uğur qazanmış daha bir film - "Terkedilmiş"də işritak ediblər.
"Kızkaçıran" filminin Bakıda da təqdim olunacağı gözlənilir.
İnformasiya dəstəyi - Trend.az, Day.az və Milli.az-dır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре