ŞOK AÇIQLAMA: Bu futbolçu Messini öldürmək istəyib

Day.Az представляет новость на азербайджанском языке

Argentinalı keçmiş futbolçu Xuan Sebastyan Veron Messi haqqında maraqlı açıqlamaları ilə diqqət çəkib.

Day.Az goal.az-a istinadən xəbər verir ki, qatıldığı proqramda "Barselona"nın klublararası DÇ-da "Estudiantes"lə qarşılaşdığı matçı xatırlayan Veron Messini öldürmək istədiyini söyləyib: "Messi qol vurduqdan sonra onu öldürmək istədim. "Estudiantes" tarixi üçün çox vacib oyun idi".

Xatırladaq ki, 2009-cu ildə klublararası DÇ finalında "Barselona" "Estudiantes"i 2:1 hesabı ilə məğlub etmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.