Messinin yeni müqavilə şərti şoka saldı

Day.Az представляет новость на азербайджанском языке

Lionel Messi "Barselona"nın transfer siyasətində əsas söz sahibi olmaq istəyir.

Day.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə "Diario Gol" qəzeti məlumat yayıb.

Məlumata görə, "Barselona" ilə yeni müqavilə imzalamayan Messi sözləşməsinin müqaviləsini uzatmaq üçün şərtlərini açıqlayıb. İddia olunur ki, argentinalı ulduz "Monako"dan Bernardo Silva və Kilian Mbappenin, "Borussiya"dan (Dortmund) Osman Dembele, "Atletiko"dan Antoine Qrizman və "Arsenal"dan Hektor Bellerinin alınmasını tələb edib. 

 

Messi, həmçinin bəzi futbolçuların satılmasını istəyir. Bunlar Luis Enrikenin son dönəmlərdə transfer etdiyi oyunçulardı: Andre Qomes, Pako Alkaker, Arda Turan, Ceremi Matyu, Lukas Digne və Denis Suares.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.