Peterburq metrosunda həlak olanların yaxınlarına 2 milyon TƏZMİNAT

Day.Az представляет новость на азербайджанском языке

Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində həlak olanların yaxınlarına 2,025 milyon rubl dəyərində maddi təzminat veriləcək.

Day.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində yaralananlara isə xəsarət dərəcələrindən asılı olaraq 2 milyon rubladək təzminat ödəniləcək.

 

Qeyd edək ki, bu gün Sankt-Peterburq şəhərində metronun "Sennaya Ploşad" stansiyasında vaqonlardan birində baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.