"1 May" bayramı necə yarandı?

Day.Az представляет новость на азербайджанском языке

"1 May" dünyanın bir çox ölkələrində beynəlxalq əmək günü olaraq qeyd edilir. Əvvəllər bu gün "Beynəlxalq Zəhmətkeşlər Bayramı" adı altında qeyd edilib. Bu proletar bayramın əsas məqsədi cüzi maaş müqabilində insanların 15-16 saata qədər gündəlik iş rejiminə məhkum olunmasının qarşısını almaq, uşaq əməyinə qarşı aparılan sinfi mübarizəni sürətləndirmək və sosial sığorta ilə təmin edilmək idi.

Day.Az Publika.az-a istinadən xəbər verir ki, 1866-cı ildə amerikalı zəhmərkeşlər günlük iş vaxtının 8 saata endirilməsini tələb ediblər. Lakin işçilərin bu tələbi ciddiyə alınmayıb və rədd edilib.

Etriaz aksiyası zəhmətkeşlərlə polislər arasında qanlı toqquşmayla nəticələnib. 1889-cu ilin iyulunda Parisdə toplanan ikinci Beynəlxalq Konqresdə 1 may tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edildi. Hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alındı. İlk dəfə 1890-cı ildə zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü Avstriya-Macarıstanda, Belçikada, Almaniyada, Danimarkada, İspaniyada, İtaliyada, ABŞ-da, Norveçdə, Fransada, İsveçdə və bəzi başqa ölkələrdə qeyd edilmişdi.

Bu bayramın yaranma zərurəti nə idi?

Bu proletar bayramın əsas məqsədi cüzi maaş müqabilində insanların 15-16 saata qədər gündəlik iş rejiminə məhkum olunmasının qarşısını almaq, uşaq əməyinə qarşı aparılan sinfi mübarizəni sürətləndirmək və sosial sığorta ilə təmin edilmək idi.

20-ci əsrin əvvəllərində Avropada ən fəal kommunist hərəkatı üzvlərindən hesab olunan,"Sosialist Bacı" adı ilə tanınan almaniyalı Roza Lüksemburqun 1894-cü ilin fevralında Parisdə "May bayramı necə yarandı?" adlı tarixi məqaləsi dərc olunub. Məqalədə deyilir ki, azad düşüncəli insanların 8 saatlıq iş rejimi tələb etməsi ilk dəfə Avstraliyada ortaya çıxıb. Nə qədər ki, işçilərin burjuaziya və hakim sinfə qarşı mübarizəsi davam edir, bu etirazlar da davam edəcək. İnanıram ki, illər sonra dünyanın dörd bir yanında işçi sinfi öz azadlığına qovuşanda "1 May" həqiqətən də zəhmətkeşlərin bayramı olacaq.

1856-cı ildə yerli işçilər 8 saatlıq iş günü tələbində ciddi olduqlarını nümayiş etdirmək üçün bir günlük özlərini tamamilə işdən azad etdilər. Bu etirazlar ölkədə elə bir canlanma yaratdı ki xalq bunu hər il təkrarlamaq qərarına gəldi. İnsan istismarı demək olar ki, nisbətən azalmağa başladı. Zavod, fabrik və emalatxanalarda çalışan "əbədi işçi kütləsi" öz daxili birliklərini, cəsarətlərini sübut etdilər. Beləcə, proletar bayram düşüncəsi qısa zamanda Avstraliyanı aşıb başqa ölkələrdə də yayılmağa başladı.

Azərbaycan, Rusiya, Belçika, Almaniya, Danimarka, İspaniya, İtaliya, ABŞ, Norveç, Fransa, İsveç və bir sıra başqa ölkələrdə keçirilən əksər "1 May" nümayişləri dinc şəkildə, insidentsiz başa çatsa da, bəzən planlı qarşıdurmalar da yaradılırdı. Zəhmetkeşlərlə hakim qüvvələr arasında yaşanan münaqişələrdə minlərlə insan həlak olurdu. Bunu edənlər isə 100 il öncəki kimi yenə də burjuaziyanın, azğın kapitalizmin casus provakatorları olurdu.

1920-ci ildən başlayaraq, 1 may Azərbaycanda rəsmi bayram günü kimi qeyd olunub. 1919-cu ildə Rəsulzadənin rəhbərliyi ilə ADR hökuməti də əməkçilərin "1 May" bayramının qeyd edilməsində fəal iştirak edib. Onlar bu bayramın sinfi qarşıdurma yaradan amil kimi qiymətləndirilməsini rədd edirdilər. SSRİ tərkibində yüksək səviyyədə qeyd olunan rəsmi bayramda tədbirlərdə, televiziya və mətbuatda insanlara əməyin, zəhmətin nə qədər vacib olduğu aşılanardı.

1992-ci ildə isə bu bayram ləğv edildi. Həmin ilin oktyabrında müstəqil Azərbaycanın bayramları haqqında qanun qəbul edilərkən "1 May"ın sinfi ideologiyanı daşıyan şəxslərin təşəbbüsü ilə yaradıldığı əsas gətirilərək bu sıraya daxil edilmədi. 1992-ci ildə Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin göstərişi ilə "1 May"ın rəsmi səviyyədə qeyd edilməsinə son qoyuldu. Ölkədə bu tarixi sadəcə kommunist partiyaların üzvləri kiçik bir yürüşlə qeyd edirlər.

"1 May" beynəlxalq həmrəylik günü artıq 120 ildən çoxdur ki, dünyanın 142 ölkəsində qeyd edilir. Bəzi ölkələrdə hələ də, insanları ənənəvi şəkildə həmkarlar ittifaqının bayraqları altına toplayıb bu günü siyasi bayram kimi qeyd edirlər. Lakin elə ölkələr də var ki, bu günü siyasi bayram olaraq deyil, yazın oyanışı, bayram əhval-ruhiyyəsi kimi əyləncəli tədbirlərlə qeyd edir.

İnsanlar tərəfindən də bu gün müxtəlif cür qeyd edilir. Yaşlı nəsil bu günü ənanəvi şəkildə qeyd etsə də, bəzi insanlar üçün bu gün sadəcə ailəsi ilə istirahət etmək üçün sıradan qeyri-iş günlərindən fərqlənmir.

Bu bayram bəzi ölkələrdə 1 may tarixində deyil, başqa tarixlərdə qeyd edilir. Məsələn, ABŞ və Yaponiya.

Hazırda dünyanın 80 ölkəsi "Beynəlxalq Zəhmətkeşlər Günü"nü qeyd etmir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.