ATƏT XİN Şurası Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Day.Az представляет новость на азербайджанском языке
ATƏT-in nazirlər səviyyəsində qeyri-rəsmi görüşünün iyulun 11-də Avstriyanın Mauerbax şəhərində keçirilməsi planlaşdırılır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova deyib.
O bildirib ki, görüşdə ATƏT məkanında mövcud münaqişələrin nizamlanması məsələsi müzakirə olunacaq.
M.Zaxarova qeyd edib ki, xarici işlər naziri Serget Lavrov da ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın XİN rəhbəri Sebastian Kurtsun təşəbbüsü ilə keçiriləcək görüşdə iştirak edəcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре