ABB bankomat və POS-terminalların sayını artırmışdır

Azərbaycan Beynəlxalq Bankı (ABB) mətbuat xidmətindən verilən xəbərə görə, 2011-ci ilin doqquz ayı ərzində bank tərəfindən ölkənin 18 yaşayış məntəqəsində yeni bankomatlar quraşdırılmış, 736 ticarət və xidmət müəssisəsində POS-terminallar müştərilərin istifadəsinə verilmişdir.

Beləliklə, banka aid ATM-lərin sayı 623, terminalların sayı isə 3668 ədədə çatdırılmışdır. Bu da ölkə üzrə bankomatların 32, terminalların 32,4 faizini təşkil edir. İlin əvvəlindən bəri 60 min nəfər ABB-nin plastik kartlarının sahibi olmuşdur. Hazırda bank üzrə aktiv plastik kartların sayı 1 822 392 ədəd səviyyəsindədir ki, bu da ölkə kart bazarının 33 faizinə bərəbərdir.