Bu gün məşhur aktyorun ad günüdür – FOTO

Day.Az представляет новость на азербайджанском языке.


Milli.Az xəbər verir ki, bu gün aktyor Nicat Rəhimovun doğum günüdür.

1986-cı ildə Bakıda anadan olan Nicat Rəhimovun Milli.Az-a müsahibəsi zamanı verdiyi açıqlamaları bir xatırlayaq: "Uşaqlıqdan zarafatcıl, deyib-gülən olmuşam. Amma çox söyüşkən uşaq olmuşam, dərslərimi elə oxumamışam, ancaq güldürmüşəm, çoxlu zarafatlar etmişəm (gülür). Özümdən qeyri-ixtiyari sözlər deyib, müəllimlərimi güldürürdüm. Gözlərindən yaş gələnə qədər gülürdülər. Yəni bu bacarıq məndə uşaqlıqdandır".

Mədəniyyət və İncəsənət Universitetinin ən yadda qalan tələbəsi olan Nicat həm də mərhum sənətkar Yaşar Nurinin bacısı oğludur. Bu gün Nicat ölkənin ən reytinqli layihəsi olan "Bozbaş Pictures"də Şirin obrazını, "Bacanaqlar" serialında da "İsmayıl" obrazını canlandırır. 28 yaşını qeyd edən aktyor hal-hazırda "Bozbaş Pictures"in komandası ilə birgə Masallı rayonundadır. İlk təbriki də öz həmkarlarından alan Nicatı Milli.Az saytı adından da təbrik edirik.

Böyütmək üçün şəkillərə klikləyin.