Azərbaycanlı istifadəçilər bu sosial şəbəkələrə üstünlük verir

2023-cü ilin martında azərbaycanlı istifadəçilərin "Instagram" sosial şəbəkəsində aktivliyi fevralla müqayisədə 6,19 faiz artaraq 30,67 faizə çatıb.

Day.Az bu barədə "Global Stats"ın məlumatlarına istinadən xəbər verir.

Bu göstərici üzrə ikinci yerdə "Facebook" dayanır. Onun payı 0,71 faiz azalaraq 27,83 faizə düşüb.

Üçüncü yerdə 17,98 faizlə "YouTube" dayanır (5,51 faiz azalma).

Bu göstərici üzrə dördüncü yer "Pinterest" sosial şəbəkəsinə məxsusdur. Onun bazarda payı ötən ayla müqayisədə 0,77 faiz artaraq 13,72 faizə çatıb.