Küsülü olan təmsilçilərimizdən bir-biri ilə bağlı paylaşım

"Avroviziya" təmsilçilərimizdən olan Nadir Rüstəmli və Samirə Əfəndi arasındakı küsülülük bitib. 

Day.Az axşam.az-a istinadən xəbər verir ki, müğənnilər instaqram profillərində bir-biri ilə bağlı paylaşım edib. Belə ki, "Avroviziya 2023"ün final gecəsində təmsilçilərimiz Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə dəvət alıblar. 

Məkanda Samirənin "Mata Hari" mahnısı səsləndirilib. Həmin an Nadir də mahnını oxumağa başlayıb. O, videonu instaqram səhifəsində yayımlayaraq Samirəni işarələyib. 

Samirə də Nadirin görüntüsünü yayımlayaraq, Fransada olduğu üçün gecəyə qatıla bilmədiyini vurğulayıb.

Qeyd edək ki, təmsilçilərimiz arasındakı soyuqluğa səbəb Samirənin ötən il "Avroviziya"ya qatılan Nadirə yox, Norveç təmsilçisinə dəstək olması olub. "Dilarə Kazımova, Səmra Rəhimli, Aysel Teymurzadə mənə dəstək oldu. Samirə Əfəndi də dəstəklədi, amma məndən daha çox Norveçə dəstək oldu". deyə, Nadir bildirmişdi.