https://news.day.az/society/371388.html
Şəxsiyyətin ikiləşməsindən doğan psixoloji sarsıntı
Bakı sakini Nihat Babayevin sözlərinə görə, bir il görüşdüyü sevgilisi Aytənin ona xəyanət etməsi ilə üzləşib. "Onu başqası ilə görəndə tamam fərqli davrandığının şahidi oldum. Hər zaman mehriban və sakit davranan Aytən başqasının yanında özünü fərqli aparırdı. O, hündürdən gülür, danışırdı. Ən qəribəsi isə onun geyim tərzinin fərqli, cəlbedici olması və parikdən istifadə etməsi idi. Bütün bunlara baxmayaraq, mən onu tanıdım. Düşündüm ki, bir il ərzində o, məni aldadıb. Tamam başqa insan kimi özünü mənə tanıdıb. Aytən isə əslində psixoloji sarsıntılardan əziyyət çəkdiyini etiraf etdi. Dedi ki, özünü çox qınasa da, hər şeydə ikiliyə meyllilik onun bütün həyatını sındırdı".
Bu hadisədən çox təsirlənən N.Babayev psixoloqa da müraciət edib. Psixoloq ona sevgilisinin şəxsiyyətin ikiləşməsi kimi psixoloji xəstəlikdən əziyyət çəkdiyini izah edib. Dediyinə görə, buna baxmayaraq, Aytəni bağışlaya bilmir.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, şəxsiyyətin ikiləşməsi kimi psixoloji problem çoxdan mövcud olsa da, son zamanlar bu xəstəlikdən əziyyət çəkənlərin sayı artmaqdadır. "Psixoloji xəstəlikdən əziyyət çəkən insanda başqa bir şəxsiyyət də formalaşır. Formalaşan ikinci şəxsiyyət özünü tamam fəqli apara bilər. Eyni hadisələr zamanı onlar özlərini müxtəlif cür aparır, bir-birinin əksi olan qərarlar verirlər. İki şəxsdən hansının qərar verməsi isə hər hansı bir hadisə, danışıq zamanı hansının üstünlük təşkil etməsi ilə bağlıdır. Əgər xəstəliyin ağır forması müşahidə olunursa, bu zaman insan etdiyi hərəkətləri, verdiyi qərarları unuda da bilər".
Şəxsiyyətin ikiləşməsi zamanı insanın ciddi psixoloji köməyə ehtiyacı var. Belə insanlar müalicə olunmalıdır. Əks halda, pis nəticələr verə bilər. Bir növ belə insanlar iki ayrı həyat yaşayır, müxtəlif insanlarla ünsiyyət qurur, fərqli hərəkətlər edir. İnsanda iki fərqli həyat tərzinə, ikiliyə meyl yaranır.
Şəxsiyyətin ikiləşməsinin yüngül forması da var ki, bu zaman insan özünü vahid bir şəxsiyyət kimi qəbul edir. Lakin onun verdiyi qərarları, hərəkətləri bir insana aid etmək çətin olur. Belə insanlarda eyni hadisə və insan haqqında fikirlər daim dəyişə bilər. O, müxtəlif vaxtlarda eyni bir hadisəyə fərqli reaksiya verir. Əgər insan utancaq və sakitdirsə, qəfildən özünü əksinə olaraq aparır. Özünə diqqət cəlb etməyə, özünü sərbəst aparmağa başlayır. Şəxsiyyətin ikiləşməsi zamanı insan ona xas olmayan şeylər edir. Çox vaxt şəxsiyyətin ikiləşməsi zamanı insan hətta digərlərində qınadığı hərəkətlərə də yol verir.
A.Qurbanova qeyd edib ki, şəxsiyyətin ikiləşməsindən əziyyət çəkən insanlar özləri ilə barışa bilmədikləri üçün güclü psixoloji zərbələr ala bilər. "Əsas "mən" və ikinci "mən" heç cür bir araya gəlmir, onlar heç vaxt eyni düşünə bilmir və bir-birini başa düşmürlər. İnsanda daim ruhi narahatlıq müşahidə olunur ki, bu səbəbdən də baş ağrıları və baş gicəllənmələri olur" deyən psixoloq bildirib ki, şəxsiyyətin ikiləşməsinin yaranmasının bir sıra səbəbləri var. Belə ki, şəxsiyyətin ikiləşməsi pxisoloji və fiziki zədə və güclü sarsıntıdan sonra da ola bilər. Məsələn, yaxın insanın ölümü. Bu zaman insanda ikinci "mən" formalaşa bilər. Şəsxiyyətin ikiləşməsinin yaranmasına təsir edən digər bir səbəb insanın zəif olması, özünü müdafiə edə bilməməsidir. Bu zaman insan şüuraltı olaraq onu müdafiə edə bilən kimisə axtarır. Bu səbəbdən də adətən ikinci "mən" aqressiv və cəsarətli olur. Ən maraqlısı isə oldur ki, ikinci "mən"in hərəkətləri əsas "mən" tərəfindən pis qəbul olunur. O, ikinci "mən"i daim qınayır, onun düşüncələrini, hərəkətlərini düzgün hesab etmir. Buna baxmayaraq əsas "mən" zəif olduğu üçün ikinci şəxsiyyətə qalib gələ bilmir.
Adətən bu tip psixoloji narahatçılığı olan şəxslər bunun onlarda olduğunu demirlər. Lakin psixoloqlar onların davranışını müşahidə etdikdə şəxsiyyətin ikiləşməsinin əlamətlərini ayırd edirlər. Belə adamda fərqli düşüncə tərzi, ağır hallarda isə yaddaş pozğunluğu baş verir. Yüngül formalarda şəxsiyyətlərdən hər biri öz hərəkətlərini xatırlaryır. Ağır hallarda isə şəxsiyyətlərdən birinin ya bəzi hərəkət və düşüncələrini və ya heç nəyini xatırlaya bilmir.
Şəxsiyyətin ikiləşməsindən doğan psixoloji sarsıntı

Day.Az представляет новость на азербайджанском языке.
Müasir həyatda insanların həddindən çox informasiya ilə yüklənməsi, gündəlik üzləşdikləri çətinliklər, əsəb gərginliyi şəxsiyyətin ikiləşməsi kimi psixoloji xəstəliyin yayılmasına səbəb olur. Psixoloqların bildirdiyinə görə, ilk baxışdan adi görünən insanda belə bu xəstəliyin əlamətləri özünü gizli şəkildə göstərir.Bakı sakini Nihat Babayevin sözlərinə görə, bir il görüşdüyü sevgilisi Aytənin ona xəyanət etməsi ilə üzləşib. "Onu başqası ilə görəndə tamam fərqli davrandığının şahidi oldum. Hər zaman mehriban və sakit davranan Aytən başqasının yanında özünü fərqli aparırdı. O, hündürdən gülür, danışırdı. Ən qəribəsi isə onun geyim tərzinin fərqli, cəlbedici olması və parikdən istifadə etməsi idi. Bütün bunlara baxmayaraq, mən onu tanıdım. Düşündüm ki, bir il ərzində o, məni aldadıb. Tamam başqa insan kimi özünü mənə tanıdıb. Aytən isə əslində psixoloji sarsıntılardan əziyyət çəkdiyini etiraf etdi. Dedi ki, özünü çox qınasa da, hər şeydə ikiliyə meyllilik onun bütün həyatını sındırdı".
Bu hadisədən çox təsirlənən N.Babayev psixoloqa da müraciət edib. Psixoloq ona sevgilisinin şəxsiyyətin ikiləşməsi kimi psixoloji xəstəlikdən əziyyət çəkdiyini izah edib. Dediyinə görə, buna baxmayaraq, Aytəni bağışlaya bilmir.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, şəxsiyyətin ikiləşməsi kimi psixoloji problem çoxdan mövcud olsa da, son zamanlar bu xəstəlikdən əziyyət çəkənlərin sayı artmaqdadır. "Psixoloji xəstəlikdən əziyyət çəkən insanda başqa bir şəxsiyyət də formalaşır. Formalaşan ikinci şəxsiyyət özünü tamam fəqli apara bilər. Eyni hadisələr zamanı onlar özlərini müxtəlif cür aparır, bir-birinin əksi olan qərarlar verirlər. İki şəxsdən hansının qərar verməsi isə hər hansı bir hadisə, danışıq zamanı hansının üstünlük təşkil etməsi ilə bağlıdır. Əgər xəstəliyin ağır forması müşahidə olunursa, bu zaman insan etdiyi hərəkətləri, verdiyi qərarları unuda da bilər".
Şəxsiyyətin ikiləşməsi zamanı insanın ciddi psixoloji köməyə ehtiyacı var. Belə insanlar müalicə olunmalıdır. Əks halda, pis nəticələr verə bilər. Bir növ belə insanlar iki ayrı həyat yaşayır, müxtəlif insanlarla ünsiyyət qurur, fərqli hərəkətlər edir. İnsanda iki fərqli həyat tərzinə, ikiliyə meyl yaranır.
Şəxsiyyətin ikiləşməsinin yüngül forması da var ki, bu zaman insan özünü vahid bir şəxsiyyət kimi qəbul edir. Lakin onun verdiyi qərarları, hərəkətləri bir insana aid etmək çətin olur. Belə insanlarda eyni hadisə və insan haqqında fikirlər daim dəyişə bilər. O, müxtəlif vaxtlarda eyni bir hadisəyə fərqli reaksiya verir. Əgər insan utancaq və sakitdirsə, qəfildən özünü əksinə olaraq aparır. Özünə diqqət cəlb etməyə, özünü sərbəst aparmağa başlayır. Şəxsiyyətin ikiləşməsi zamanı insan ona xas olmayan şeylər edir. Çox vaxt şəxsiyyətin ikiləşməsi zamanı insan hətta digərlərində qınadığı hərəkətlərə də yol verir.
A.Qurbanova qeyd edib ki, şəxsiyyətin ikiləşməsindən əziyyət çəkən insanlar özləri ilə barışa bilmədikləri üçün güclü psixoloji zərbələr ala bilər. "Əsas "mən" və ikinci "mən" heç cür bir araya gəlmir, onlar heç vaxt eyni düşünə bilmir və bir-birini başa düşmürlər. İnsanda daim ruhi narahatlıq müşahidə olunur ki, bu səbəbdən də baş ağrıları və baş gicəllənmələri olur" deyən psixoloq bildirib ki, şəxsiyyətin ikiləşməsinin yaranmasının bir sıra səbəbləri var. Belə ki, şəxsiyyətin ikiləşməsi pxisoloji və fiziki zədə və güclü sarsıntıdan sonra da ola bilər. Məsələn, yaxın insanın ölümü. Bu zaman insanda ikinci "mən" formalaşa bilər. Şəsxiyyətin ikiləşməsinin yaranmasına təsir edən digər bir səbəb insanın zəif olması, özünü müdafiə edə bilməməsidir. Bu zaman insan şüuraltı olaraq onu müdafiə edə bilən kimisə axtarır. Bu səbəbdən də adətən ikinci "mən" aqressiv və cəsarətli olur. Ən maraqlısı isə oldur ki, ikinci "mən"in hərəkətləri əsas "mən" tərəfindən pis qəbul olunur. O, ikinci "mən"i daim qınayır, onun düşüncələrini, hərəkətlərini düzgün hesab etmir. Buna baxmayaraq əsas "mən" zəif olduğu üçün ikinci şəxsiyyətə qalib gələ bilmir.
Adətən bu tip psixoloji narahatçılığı olan şəxslər bunun onlarda olduğunu demirlər. Lakin psixoloqlar onların davranışını müşahidə etdikdə şəxsiyyətin ikiləşməsinin əlamətlərini ayırd edirlər. Belə adamda fərqli düşüncə tərzi, ağır hallarda isə yaddaş pozğunluğu baş verir. Yüngül formalarda şəxsiyyətlərdən hər biri öz hərəkətlərini xatırlaryır. Ağır hallarda isə şəxsiyyətlərdən birinin ya bəzi hərəkət və düşüncələrini və ya heç nəyini xatırlaya bilmir.
Psixoloqa görə, bəzi hallarda şəxsiyyətlərdən biri digərini tam üstələyir ki, bu zaman insan başqa adam olduğunu iddia edir. "Xəstə məğlub olan şəxsiyyətin əhatəsini, onun ünsiyyət qurduğu insanları tanımadığını bildirir. O, öz əvvəlki "mən"ini unudur".
/ekspress.az/
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре