Dahi şəxsiyyətlərin üz maskaları qorunur

Day.Az представляет новость на азербайджанском языке

Üz cizgiləri o qədər dəqiqliklə əks olunub ki, sanki qarşınızda dayanıblar.

Yəqin ki, bir çoxlarınıza dahı şəxsiyyətlərin ölüm ayağında necə göründüyü maraqlıdır. Məsələn, Üzeyr Hacibəyovun təbəssümü necə olub? Uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən Səməd Vurğun son vaxtlarında necə görünürdü? Eləcə də digərləri. İndi sizə təqdim edəcəyimiz süjetdə məhz həmin şəxsiyyətlərin həyatlarının son anında necə göründüklərini göstərəcəyik. Özü də ən xırda cizgilərinədək. Vüsalə Nurəddinqızının reportajı.

Üz cizgiləri o qədər dəqiqliklə əks olunub ki, sanki qarşınızda dayanıblar. Dünyanın bir çox məşhurlarının Şopen, Bethoven, Şekspir, Napaleon, L.Tolstoy, Puşkinlə yanaşı, Azərbaycanın onlarla görkəmli simalarının da ölüm ayağınadykən maskası hazırlanıb. peşəkar heykəltaraşlar bunu məhz ölüm ayağında ona görə edirlər ki insan vəfat etdikdən sonra üz cizgiləri dartılır və təhrif olunmuş olur. qəliblər xüsusi gipslə hazirlanib.

Bəstəkar Qara Qarayevin ölüm maskası Dövlət Musiqi Mədəniyyəti Muzeyində saxlanılır. Bu maska bəstəkar dünyasını dəyişən anda hazırlanıb. Əks halda cansız olan əzələlərin zəifləməsindən sonra üzün şaquli ölçüləri kiçilə və təhrif oluna bilərdi.Həmin vaxt Qara Qayevin sol əlinin də surəti çıxarılıb.

Ölüm maskası ss-ri dövründə bir çox məhşurlara tətbiq edil,ir və onlar ayrı-ayrı yerlərdə saxlanılır.

Şairinin də ölüm maskasının müəllifi Fuad Əbdürrəhmanovdur. Maskada onun bütün fotolarında görməyə adət etdiyimiz gülərüzlüyündən əsər-əlamət yoxdur. Gipsdə həkk olunmuş çöhrəsində hökm sürən sakitlik sanki uzun sürən xəstəlikdən əziyyət çəkdiyini deyir. Ölümündən əvvəl arıqladığı isə açıq-aydın görünür.

Dünya şöhrətli müğənni Rəşid Behbudovun maskası isə vəfatı ilə bağlı olaraq Moskvada hazırlanıb. Hazırda isə Azərbaycan Dövlət Musiq Mədəniyyəti Muzeyində qorunur.

Elə məşhur yazıçı Məmməd Səid Ordubadinin və görkəmli cərrah, akademik Mustafa Topçubaşovun da ölüm maskası Milli İncəsənət Muzeyində qorunur. Professional heykəltəraşlar tərəfindən hazırlanan ölüm maskaları həm də sənət nümunələri hesab olunurlar.

xezerxeber.com

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.