Rza Zərrab azadlığa çıxa bilər - Bu gün məhkəmədir

Day.Az представляет новость на азербайджанском языке

Mayamidə həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrab bu gün hakim qarşısına çıxıb.

Qafqazinfo-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-ın Nyu-York şəhərində hakim qarşısına çıxarılan Zərrabın vəkili Benjamin Brafman görüşdən sonra jurnalistlərə açıqlama verib.

"Nyu-York Times" qəzetinin müxbiri Benjamin Veyser vəkilin açıqlamalarını Tvitter-də paylaşıb.

Brafman bildirib ki, R.Zərrabın girov müqabilində azadlığa çıxması üçün hakimi razı sala bilərlər.

"Bütün ittihamlar qarşısında müdafiəmiz olacaq. Girov məsələsinin 10 gün ərzində həyata keçməyinə ümid edirik", - deyə vəkil qeyd edib.

Xatırladaq ki, R.Zərrab həyat yoldaşı, müğənni Ebru Gündeşlə martın 19-u İstanbuldan Mayamiyə gedib və orada dərhal sonra həbs edilib. Onun adı rüşvət qalmaqalında hallanır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.