Antaliyada polis intihara cəhd edən qızı belə xilas etdi - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Ötən həftənin bazar günü günorta saatlarında Muratpaşa mahalı Yavuz Özcan Parkında intihar etmək istəyən Gülşah E.-ni görənlər hadisə barəsində dərhal polisə xəbər veriblər. Hadisə yerinə gələn xilasetmə dəstələri gənc qadını dilə tutub intihar fikrindən daşındırmaq üçün əməlli-başlı çalışıblar. Heç bir şey deməyən, yalnız ətrafa göz gəzdirən Gülşah E-ni Yılmaz Qılınc adlı bir polis əməkdaşı motosikletlə qəfil yaxınlaşaraq xilas edib.
Milli.Az Türkiyə KİV-inə istinadən bildirir ki, gənc qadının istintaqçılara verdiyi açıqlamadan sonra həqiqət üzə çıxıb. 2 aydır evli olan Gülşah E. əri H.E. tərəfindən günlərdir hər cür işgəncəyə məruz qaldığını və evdən qovulduğu üçün son bir həftədir parklarda gecələmək məcburiyyətində qaldığını söyləyib. Gənc qadın sonda çarəni intihar etməkdə gördüyünü deyib.
Videonu izləmək üçün şəkilə klikləyin.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

