Ölkədən çıxmasına qadağa qoyulan şəxslər

Day.Az представляет новость на азербайджанском языке

---------
17:40

Vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin adları açıqlanıb.

Day.Az bildirir ki, Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən, vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.

----------
14:19

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin avqustun 23-ə olan yenilənmiş siyahını açıqlayıb. 

"İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi  vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir", - deyə nazirlikdən bildirilib. 

Qeyd edək ki, siyahıda 308 nəfər fiziki şəxsin adı yer alıb. Onlardan 3 nəfəri xarici ölkə vətəndaşıdır.

SİYAHI 1: http://www.taxes.gov.az/uploads/vergiborcu/airFiziki.pdf

SİYAHI 2: http://www.taxes.gov.az/uploads/vergiborcu/airHuquqi.pdf

Bizimyol.info

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.