Xalq artisti bu sözlərinə görə məhkəmədə cavab verəcək

Day.Az представляет новость на азербайджанском языке.
Oda Teatrı xalq artisti Ramiz Məliki məhkəməyə verir.
Milli.Az telegraf.com-a istinadən xəbər verir ki, buna münasibət bildirən Ramiz Məlik bildirdi ki, lisensiyasız fəaliyyət göstərən teatrın onu məhkəməyə verməsindən narahat deyil.
Xalq artistinin sözlərinə görə, o teatrda gəncləri əxlaqsızlığa sürükləyirlər: "Qoy məhkəməyə versinlər və məhkəmədə onların bütün sifətlərini açıb göstərəcəm. Hətta onlardan təzminat tələb edib, şəhid olmuş Azərbaycan əsgərlərinin ailələrinə verəcəm. Ayaz Salayevin gənc qızları tamaşada açıq-saçıq çəkməsinin əleyhinəyəm. Onlara hətta demişəm ki, siz əxlaqsızlıqla məşğulsunuz, qzılarımızı əxlaqsızlığa sürükləyirsiniz. Bu mənim vətəndaşlıq hüququmdur. Onlar homoseksuallardan, "mavi"lərdən tamaşa qoyub, adını da "Suriya" qoyublar. Məgər, Suriyada baş verənlərin həyatından tamaşa hazırlaya bilməzdilər? 14-15 yaşlı qızları və oğlanları "padval"a yığıb, onlara tərbiyəsiz hərəkətlər göstərirlər. "MimOda 18" tamaşasında da bu oyunlardan çıxırlar. Bizim mentalitetimiz var və bura Azərbaycandır"
Qeyd edək ki, Oda Teatrının rəhbəri Elmin Bədəlov bildirib ki, R. Məlik ikinci dəfədir ki, onları təhqir edir və bu böhtanlara görə, onu məhkəməyə verəcəklər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре