Acunun Itırı izləməsi şübhə yaratdı

Day.Az представляет новость на азербайджанском языке

Şeyma Subaşı ilə evliliyini bitirən TV8 kanalının sahibi Acun Ilıcalının adı "Miss Turkey 2017" yarışmasının qalibi Itır Esenlə sevgi münasibətlərinə qarışmışdı.

Day.Az axşam.az-a istinadən bildirir ki, tərəflər iddialar qarşısında səssizliyini qoruyarkən, Itır eyni zamanda "Survivor" yarışmasının "Youtube" kanalında aparıcılığa başlamışdı.

Ötən gün isə Acunun İnstaqram-da Itırı izləməyə başlaması onların arasındakı sevgi iddialarını gücləndirib.

Qeyd edək ki, Acun eks-arvadı Şeymanı da İnstaqram-da izləyir, lakin Subaşı onu təqib etməkdən vaz keçib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.