100 min xülyası, pul axtarışı və yalanlar. Müxalifət kimi və niyə aldadır?

Zaman və çağırışlar, geosiyasətin şərtləri və tələbləri, regional güc mərkəzlərinin siyasəti və baş verən proseslər dəyişir, lakin Azərbaycan müxalifəti yerində sayır.

Xülyalar, arzular, bica niyyətlər, bihudə planlar və ləngərli istəklər - bunlar müxalifətin çağdaş durumunu səciyyələndirən məziyyətlərdir.

Əfsuslar olsun ki, hakimiyyətə qarşı mübarizə apardığını vurğulayanlar siyasi korafıəhmliklərinə, taktiki bisavadlıqlarına və strateji sadəlövhlüklərinə qarşı mübarizə apara bilmirlər.

Daha doğrusu, bunu istəmirlər.

Day.Az Milli.Az-a istinadla xəbər verir ki, onlar müxalifətin radikallaşmış kəsimi olaraq sürəkli tələblər, iddialar və istəklər toplularını səsləndirir, bu minvalla nəyəsə nail olacaqlarını düşünürlər.

Dəstəkdən danışırlar - xalqın, cəmiyyətin və ən başlıcası, Qərbin onların planlarını, fəaliyyətlərini və tələblərini təqdir etməsindən həvəslə dəm vururlar.

Əslində isə bütün bunlar radikalların istəkləridir.

Xalq, cəmiyyət və vətəndaşlar inqilab perturbasiyalar, qiyam və üsyan arzulamır. Bütün normal cəmiyyətlərdə, tarixin bütün dövrlərində belə olub və belə də olasıdır.

Xaricin dəstəyinə gəldikdə isə, ölkədəki müxalifəti nə Hindistan, nə Yaponiya, nə Çin dəstəkləmir. Radikallar "dəstək" deyəndə Qərbin, yəni Avropa Birliyinin və ABŞ-ın birmənalı olaraq ölkədəki antihakimiyyət qüvvələrini təqdir etdiklərini vurğulayırlar.

Bu da yalandır.

Oktyabrın 19-dakı qanunsuz aksiyadan sonra əvvəlcə Avropa Birliyinin, sonra da ABŞ-ın Bakıdakı səfirliyi hər hansı formada və ya formatda dəstəyin olmadığını, əslində ola bilməyəcəyini üstüörtülü şəkildə olsa da, bəyan etdilər.

Brüssellə Vaşinqton "Azərbaycanda vətəndaşların söz və sərbəst toplaşmaq azadlıqlarının təminatına xüsusi önəm veririk" kimi ümumi abrreviatura tipli açıqlama ilə kifayətlənərək, Bakı ilə tərəfdaşlığın və müttəfiqliyin onlar üçün həddən ziyadə önəmli olduğuna diqqət çəkdilər.

Radikalların, daha doğrusu, qaragüruhun sosial şəbəkələrdə çoxminli profillərinə, səhifələrinə, onların meydan suladıqları YouTube telekananallarındakı videoların baxış, "like" və paylaşma sayı da məni aldada bilməz.

Sosial şəbəkələrdə və YouTube-da populyarlığa nail olmaq asan deyil. Azərbaycan müxalifətinin radikal düşərgəsindəki fiqurlar xarici ölkələrdə sığınacaq tapmış marionetlərlə əlbir olaraq yaratdıqları iaşə müxalifətinin xalq tərəfindən rəğbətlə qarşılaşması görüntüsünü yaratmaq üçün ən müxtəlif üsulara əl atırlar. Həmin üsullar arasında pullu reklam, pulla "like" və "paylaşma"lar, saxta profillər vasitəsilə şərhlərin və bəyənmələrin sayının artırılması kimi oyunlar var.

AXCP sədri Əli Kərimlinin, "Milli Şura" adlı evfemizmin sədri və siyasət zavallısı Cəmil Həsənlinin, Birləşmiş Ştatlarda köç çalaraq vətəndaşlıq almağı arzulayan Sevinc Osmanqızının və başqalarının sosial şəbəkələrdəki aktivliklərini təhlil etsək, onların YouTube kanallarının statistkiksını analizə uğratsaq, çox "maraqlı" prosesləri müşahidə edərik.

Bu barədə dəfələrlə demişəm və mövzunu təkrarçılığa döndərmədən sadəcə, vurğulayım ki, bəhs olunan "populyarlıq, məşhurluq və dəstək" maliyyə resurslarından istifadə etməklə əldə olunmuş süni, kvazi "uğur"dur.

Digər amil isə dünyanın istənilən yerində və istənilən zamanda hakimiyyəti tənqid edənlərə marağın reallıqdan bəhs edənlərə maraqdan daha üstün olmasıdır.

Tarix boyu belə olub, hətta inkişaf etmiş, vətəndaşlarının rifah səviyyəsi Azərbaycan, Rusiya, Gürcüstan və ya Türkiyə ilə müqayisədə dəfələrlə, hətta on dəfələrlə yüksək olan dövlətlərdə də belədir.

Sosial şəbəkələrdə aktiv olduğu üçün radikalları virtual müxalifət hesab edirəm və düşünürəm ki, bu, belədir.

Çünki reallıqda onların potensialı, imkanları, gücləri, populyarlığı və bacarıqları həddən ziyadə aşağı səviyyədədir.

"Məhsul" stadionunda keçirilmiş mitinqləri, bu aksiyalara qatılanların sayı, statistika ilə bağlı sürəkli mübahisələri xatırlayın. Mitinqlərin təşkilatçılar və ümumiyyətlə, AXCP sədri Əli Kərimlinin tərəfdarları hər dəfə inadla bəyan edirdilər ki, stadiona on minlərlə adam toplaşmışdı.

"Məhsul"dakı mitinqlərdə heç vaxt (!) iştirakçıların sayının 12 min nəfəri keçmədiyini nəzərə alsaq, deyilənlərin nə qədər absurd olduğunu görməmək mümkün deyil.

Həmin mitinqlərdə 30-40 min nəfər iştirak etsə belə, bu, kütləvi etiraz aksiyası, radikal müxalifətinsə imkanlarının nümayişi sayıla bilməz.

Çünki çağdaş politologiyanın və ümumiyyətlə, siyasətin yazılmamış qanunlarına görə, müxalifətin hakimiyyətlə ciddi dialoqu şərtləndirib danışıqlara vadar etməsi üçün ölkə əhalisinin minimum 3 faizi aksiyalara qatılmalıdır.

Azərbaycan əhalisinin 3 faizi isə 330 min nəfər deməkdir. Bu hesablamadan yetkinlik yaşına çatmamışları çıxsaq, 159 min nəfərlik kütlə alınar.

Yəni AXCP və "Milli Şura"nın "uğurlu aksiya" adlandıra biləcəkləri mitinqə ən azı 150 min nəfər qatılmalıdır ki, nədənsə danışa bilsinlər.

12 min nəfər, yaxud 30-40 min nəfərlə 150 min nəfər arasındakı fərqi izah etməyə ehtiyac varmı?!

Və məhz bu səbəbdən total uğursuzluğu, virtual məkandakı kükrəmələr, bağırtılar, şikayətlər, hayqırtıların gerçəkdə məğlubiyyət simfoniyasına çevrilməsini anlayan Əli Kərimli son günlərdə sosial şəbəkələrdə "100 min nəfər olaq, mitinqlərə çıxaq!" adlı kampaniyaya başlayıb.

Məqsəd "Milli Şura"nın egidası və guya təşkilatçılığı ilə, əslində isə AXCP-nin bilavasitə kontrolunda kütləvi aksiyaya keçirərək orada 100 min vətəndaşın iştirakına nail olmaqdır.

Alınacaqmı?

Mümkün deyil və bunun əsas səbəbləri AXCP-nin, habelə radikal müxalifət düşərgəsindəki Müsavat və Demokrat partiyalarının "canlı ölü" vəziyyətində olmaları, onların hətta dindar kəsimə müraciətlərindən sonra belə, gərəkli sayda auditoriyaya nail ola bilməmələridir.

Sadəcə, bir fakt: ABŞ-da səfərdə, daha doğrusu, Əli Kərimlinin göstərişi ilə siyasi dəstək və pul axtarışlarında olan Cəmil Həsənli Vaşinqtonda S.Osmanqızı və "Amnesty İnternational"ın funksioneri ilə birgə mətbuat konfransı keçirir, həmin konfransa da vur-tut 11(!) nəfər qatılır.

O 11 nəfərin ikisi erməni, biri də Türkiyənin ABŞ-dakı səfirliyinin əməkdaşı idi.

Ermənilərin "maraq"ları aydındır: onlar Azərbaycanın əleyhinə yönəlmiş istənilən tədbirə həvəslə qatılıblar və adətlərinə xilaf çıxmaq niyyətləri də yox.

Türk diplomata gəldikdə isə, o, Cəmil Həsənli ilə Sevinc Osmanqızının hədyanlarını dinləyib, sonra da onlara suallar ünvanlayaraq Türkiyə və Azərbaycan arasındakı strateji münasibətlərin belə "konfranslar" vasitəsilə pozulmasının mümkünsüzlüyünü, Azərbaycan hakimiyyətinin regional güc, habelə bütün bölgə ölkələrinə örnək olası siyasət yürüdən sistem olduğunu vurğulayıb.

Yəni türk diplomat C.Həsənli-S.Osmanqızı duetinə layiqli cavab verib.

11 nəfərlik konfrans "ABŞ-ın Azərbaycan müxalifətinə dəstəyi"dirsə, yazıqlar olsun müxalifətimizin belə zavallı durumuna.

Siyasi mövzuları sürəkli olaraq sosial problematikaya və məişət qayğıılarına yükləyən qaragüruh kütləni inandırmağa çalışır ki, AXCP rəhbərliyi sutkanın 24 saatı onları düşünür, "Milli Şura" adlı kukla teatrındakı marionetlərsə canlarına cəfa verərək hər vətəndaşımızın rifahını daha da yüksəltməyin yollarını arayır.

Onlar vətəndaşlarımızı kütlə sayır və bu mövqelərini ibarəli cümlələrlə, pafoslu çıxışlarla, isterik müsahibələrlə pərdələməyə çalışırlar.

Xarici ölkələrə sığınan və Azərbaycanı hədəfə alanan "bloqer"lərə gəldikdə isə, onlar yoxsul, kasıb həyat sürdüklərini, zamanlarını və canlarını Vətənə qurban dediklərini təkrarlayırlar.

Fəqət inşaaatda fəhlə işləyən Məhəmməd Mirzəli bir həftədə dəyəri 1800 və 1450 avro olan iki bahalı smartfon alırsa, Əli Kərimlinin əmioğlusu İnqilab Kərimov oğluna dəbdəbəli toy edib başına bütün iaşət müxalifətinin xaricdəki YouTube isteriklərini toplayırsa, onların zillət və yoxsulluq içində yaşadığını düşünmək sadəlövhlükdür.

Sadəlövh olmayın, lütfən...

Xülyalar, arzular, bica niyyətlər, bihudə planlar və ləngərli istəklər - bunlar müxalifətin çağdaş durumunu səciyyələndirən məziyyətlərdir.

Əfsuslar olsun ki, hakimiyyətə qarşı mübarizə apardığını vurğulayanlar siyasi korafıəhmliklərinə, taktiki bisavadlıqlarına və strateji sadəlövhlüklərinə qarşı mübarizə apara bilmirlər.

Daha doğrusu, bunu istəmirlər.

Onlar müxalifətin radikallaşmış kəsimi olaraq sürəkli tələblər, iddialar və istəklər toplularını səsləndirir, bu minvalla nəyəsə nail olacaqlarını düşünürlər.

Elçin Alıoğlu
Milli.Az