“SOCAR Georgia Gas” şirkətinin filialına hücum edildi - Mühafizənin əl-qolunu bağlayıb...
Gürcüstanın Kobuleti şəhərində "SOCAR Georgia Gas" şirkətinin filialının xidmət mərkəzinə hücum edilib.
Day.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə şirkəti "SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov deyib.
Onun sözlərinə görə, naməlum şəxslər mühafizə xidmətinin əməkdaşına hücum edərək əl-qolunu bağlayıb və ödəmə terminalını soymağa çalışıblar. Lakin onlar pulları oğurlaya bilməyib:
"Hamı sağ-salamatdır. Bu, artıq üçüncü belə haldır, biz indi bu halların qarşısının alınması üçün kameralar quraşdırırıq".
Hazırda polis cinayətkarların axtarışlarını aparır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре