https://news.day.az/azerinews/1720046.html Klubların 10 illik UEFA reytinqində “Qarabağ” ən yaxşı Azərbaycan təmsilçisidir UEFA-nın klubların son 10 illik reytinqi açıqlanıb. Day.Az xəbər verir ki, siyahıda Avropanın 554 klubu yer alıb. 2015-2024-cü illər ərzində qitə kuboklarında iştirak etmiş Azərbaycanı bu reytinqdə 9 klub təmsil edir. Azərbaycan klubları arasında ən yaxşı nəticə "Qarabağ"a məxsusdur.

Klubların 10 illik UEFA reytinqində “Qarabağ” ən yaxşı Azərbaycan təmsilçisidir

Azərbaycanca, 1 января 2025 22:37 (UTC +04:00) 1 148
Klubların 10 illik UEFA reytinqində “Qarabağ” ən yaxşı Azərbaycan təmsilçisidir

UEFA-nın klubların son 10 illik reytinqi açıqlanıb.

Day.Az xəbər verir ki, siyahıda Avropanın 554 klubu yer alıb. 2015-2024-cü illər ərzində qitə kuboklarında iştirak etmiş Azərbaycanı bu reytinqdə 9 klub təmsil edir.

Azərbaycan klubları arasında ən yaxşı nəticə "Qarabağ"a məxsusdur. Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi 53,000 xalla Avropada 65-ci yeri tutur və "Atletik", "Betis", "Volfsburq" kimi klubları geridə qoyub.

"Neftçi" 11,750 xalla 260-62-ci yerləri bölüşərək Tbilisi "Dinamo"su və "Suduva" ilə eyni xallara malikdir.

"Qəbələ" isə 10,500 xalla 282-87-ci yerləri bölüşür. Digər Azərbaycan klubları - "Zirə", "Sabah", "Səbail", "Sumqayıt", "Şamaxı" və "Kəpəz" 7,675 xalla 348-353-cü yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, reytinqə 265,000 xalla İspaniyanın "Real Madrid" klubu başçılıq edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости