https://news.day.az/azerinews/1720345.html AFFA Çempionşip divizionundan futbolçular gətirir? - ADLAR İngiltərənin Çempionşip divizionunda çıxış edən futbolçular Azərbaycan milli komandasında çıxış edə bilər. İdman.biz xəbər verir ki, bu barədə "GettoSport" səhifəsi məlumat yayıb. Azərbaycanın əsas millisinin direktoru İlqar Qubanovun bunun üçün çalışdığı bildirilir.

AFFA Çempionşip divizionundan futbolçular gətirir? - ADLAR

Azərbaycanca, 3 января 2025 16:16 (UTC +04:00) 1 113
AFFA Çempionşip divizionundan futbolçular gətirir?

İngiltərənin Çempionşip divizionunda çıxış edən futbolçular Azərbaycan milli komandasında çıxış edə bilər.

İdman.biz xəbər verir ki, bu barədə "GettoSport" səhifəsi məlumat yayıb.

Azərbaycanın əsas millisinin direktoru İlqar Qubanovun bunun üçün çalışdığı bildirilir.

Həmin futbolçulardan biri 27 yaşlı Daniel Barlaser vaxtilə Türkiyə və İngiltərənin yeniyetmələr yığmalarında çıxış edib, 2023-cü ildən "Middlsbro"nun formasını geyinir.

22 yaşlı Dennis Cirkin isə İrlandiyada doğulub, sol cinah müdafiəçisidir: o, "Tottenhem"in yetirməsi olsa da, 2021-ci ildən "Sanderlend"də çıxış edir, həmçinin İngiltərənin yeniyetmələr və gənclər yığmalarının formasını geyinib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости