PAŞA Bank yeni karyera imkanları təqdim edir

Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank, istedadlı kadrlar üçün karyera imkanlarını genişləndirməyə davam edir.

Belə ki, PAŞA Bank, "Code Academy" ilə birgə əməkdaşlıq çərçivəsində "Peşəkar Yetişdirmə Proqramı" (PYP) adlı layihəyə başlayır. Bu layihə bank üçün proqramçılar yetişdirən xüsusi tədris kursundan ibarətdir. 2- 3 aylıq intensiv tədris proqramı ərzində iştirakçılar bankda "front-end developer" və ya "back-end developer" vəzifəsi üzrə çalışmaq üçün tələb olunan bilik və təcrübə ilə təmin ediləcək. PYP təhsilini dərəcə ilə başa vuran məzunlar sonda PAŞA Bank tərəfindən işə qəbul olunacaq.

Məlumat üçün bildirək ki, layihəyə qatılmaq istəyən şəxslərdən proqramlaşdırma sahəsi üzrə baza biliklərinə sahib olmaq tələb edilir. Təhsil haqqının 50%-i PAŞA Bank, 25%-i "Code Academy", geri qalan hissəsi isə iştirakçı tərəfindən qarşılanır.

Ətraflı məlumat almaq və tədrisə qoşulmaq istəyənlər pyp.code.edu.az saytından qeydiyyatdan keçə və ya +99450 444-26-33 telefon nömrəsi ilə Code Academy ilə əlaqə yarada bilərlər.