Xalq artistinin qızının toyu 2-ci dəfə təxirə düşdü, ŞƏKİLLƏRİNİ...
![Xalq artistinin qızının toyu 2-ci dəfə təxirə düşdü,](https://img.day.az/2021/06/02/800x550/xalq_31622615601.png)
Xalq artisti Mələkxanım Əyyubova sosial şəbəkədə rəssam qızı Nəzrinlə şəkillərini paylaşıb.
Day.Az xəbər verir ki, xanəndə paylaşımına "Arzu edirəm ki, bütün uşaqlar sülh və əmin-amanlıq içində xoşbəxt yaşasınlar", - sözlərini əlavə edib.
Xanəndə qızının ailə qurması barədə danışan zaman bu sözləri demişdi: "Allah bilən məsləhətdir. Nə vaxt Allaz izn verər, onda da edərik. Kürəkənim ürəyimcədir. Oğlumun 15 illik dostudur. Qızım Nəzrinlə kürəkənim Təbrizin tanışlığı qəfil oldu. 15 il böyük oğlumla kürəkənim birlikdə xaricdə təhsil alıblar. Onun valideynləri ilə tanışlığımız da var idi. Münasibətləri birdən-birə oldu.
Bəxt və şansdır. Görür, sevir və xoşbəxt ailə olur. Bəzən də görürsən ki, illərdir tanıyırsan, amma alınmır. Bu, Allahın yazdığı bir yazıdır"./Lent.az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре