Bu üsul maşınların sayını azaldır - Bakıda mikromobillik niyə vacibdir?
![Bu üsul maşınların sayını azaldır](https://img.day.az/2025/02/10/800x550/son.jpg)
Bir müddətdir Bakıda şəhər nəqliyyatı və mobilliyi sahəsində ciddi proseslər gedir.
Day.Az xəbər verir ki, bəzi işlər daha əvvəldən başlasa da, hazırda geniş vüsət alaraq paytaxtın böyük ərazisini əhatə edir. Xüsusilə Bakının mərkəzini avtomobilləşmənin mənfi təsirlərindən qorumağa, mikromobilliyin dayanıqlılığının artırılması və sabitlənməsinə hesablanmış layihələr müsbət nəticələr verməkdədir.
Müasir dövrdə şəhər nəqliyyatının əsas məqsədi şəhərin iqtisadiyyatını, sosial rifahını və ətraf mühitinin dayanıqlığını təmin etməkdir. Şəhərdaxili kiçik məsafələrə gediş-gəliş isə artıq demək olar ki, avtonəqliyyat növlərindən kənarda baş verir.
Son illərdə Avropa və Asiyanın əksər müasir şəhərlərində mikromobilliyin inkişafı dünya tendensiyasını təşkil etməkdədir. Bu proses Bakıdan da yan keçmir.
Piyada və velosiped səfərləri bəzi şəhərlərdə mobilliyin əsasını təşkil edir. Velosipeddən geniş istifadə bütün dünyaya yayılmasa da, ildən-ilə genişlənir. Dünyanın bir çox iri şəhərləri aktiv səfər növlərinə daha çox önəm verir, çünki şəhər daxilində edilən səfərlərin əhəmiyyətli hissəsi 3-4 km-dən daha azdır, bu məsafələri isə piyada və ya velosipedlə qət etmək daha rahatdır və sağlamlıq üçün faydalıdır. Piyadaların rahat və təhlükəsiz hərəkəti isə ümumiyyətlə, şəhərlərin bütün nəqliyyat sistemi üçün vacibdir, çünki ictimai nəqliyyatla edilən hər bir səfər məhz piyada olaraq başlanılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре