Poliklinikanın maska taxmayan işçisi işdən çıxarıldı - VİDEO
Sumqayıt şəhər 3 saylı poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçı işdən çıxarılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Videomaterialda qeyd olunan məsələ tərəfimizdən araşdırılıb. Araşdırma nəticəsində maska taxmaqla bağlı qaydaya riayət etmədiyi aşkar olunan qeydiyyatçı töhmət verilərək, işdən azad edilib. Bir daha bildiririk, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində özümüzü və ətrafımızı qorumağımız üçün verilən qərarlara riayət etmək hər birimizin borcudur, sosial məsuliyyətini nümayiş edən vətəndaşa isə təşəkkür edirik".
Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt şəhər 3 saylı poliklinikada vətəndaşlardan maska taxmağı tələb edən qeydiyyatçıların özlərinin maska taxmadıqları ilə bağlı video yayılmışdı.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре