https://news.day.az/azerinews/1487680.html
23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İslamiadanın bürünc medalını qazandı
23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İslamiadanın bürünc medalını qazandı

23 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası V İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıb.
Day.Az Trend-ə istinadən bildirir ki, komanda finalda Əlcəzair millisi ilə qarşılaşıb.
Əsas vaxtda qarşılaşma heç-heçə başa çatıb. Penaltilər seriyasının nəticələrinə görə, Azərbaycan 4:3 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.
İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре