https://news.day.az/azerinews/1487988.html
Qazaxda sex, Ağstafada 4 otaqlı ev yanıb
Qazaxda sex, Ağstafada 4 otaqlı ev yanıb

Qazax şəhərində ümumi sahəsi 1500 m² olan (fəaliyyət göstərməyən) ikimərtəbəli sexin dam örtüyünün taxta atmaları 500 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Day.Az-a bildirilib ki, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ağstafa rayonunun Qırılı kəndində ümumi sahəsi 170 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 140 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре