Həkimi öldürməkdə təqsirləndirilən şəxslər həbs edilib

Xəbər verildiyi kimi, Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun öldürülməsinə dair cinayət işinin istintaqı Yevlax rayon prokurorluğunda davam etdirilir.
Yevlax rayon prokurorluğundan Day.Az-a bildirilib ki, istintaqın gedişində 1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il təvəllüdlü Fəxrid Allahverdiyev və 2005-ci il təvəllüdlü Ramiz Məmmədovun mərhumun evinə basqın etməsi, kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.11-ci (quldurluqla əlaqədar adam öldürmə) maddələrilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре