İran kosmosa yeni peyk göndərib

Bu gün İran kosmosa "Sorəyya" adlı yeni peykini göndərib.

Day.Az-ın məlumatına görə, bu barədə İranın yerli KİV-i məlumat verib.

Təxminən 50 kq ağırlığında olan yeni peyk "Qaem 100" peykdaşıyan raketlə kosmosa göndərilib. Sorəyya peyki Yerin 750 kilometrliyində yerləşib və 10 il müddətinə fəaliyyət göstərəcək. Peykin tədqiqat məqsədilə fəaliyyət göstərəcəyi bildirilir.

Qeyd olunan peyk İranın İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) və İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə əməkdaşlığı ilə istehsal olunub. Sorəyya peykinin kosmosa göndərilməsi ilə bağlı təşkil olunan tədbirdə İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) aeronavtika qüvvələri komandanı general Əmir Əli Hacızadə, İranın Aeronavtika Təşkilatının sədri Həsən Salariyə və digər rəsmilər iştirak ediblər.

Qeyd edək ki, "Qaem 10" peykdaşıyan raket 80 kq ağırlığında peykləri kosmosa aparmaq gücünə malikdir.