https://news.day.az/azerinews/1640210.html
Çinli gimnast batut gimnastikası üzrə kişilər arasında proqramda qızıl medal qazanıb
Çinli gimnast batut gimnastikası üzrə kişilər arasında proqramda qızıl medal qazanıb

Çindən olan idmançı Tzısay Vanq Bakıda keçirilən Dünya Kubokunda batut gimnastikası üzrə kişilər arasında fərdi proqramda birinci yeri tutub.
Trend xəbər verir ki, gimnast 62,160 xal toplayıb.
İkinci yerdə 61,990 xalla Çini təmsil edən Lanyu Yan qərarlaşıb. Üçüncü yeri İvan Litvinoviç (neytral idmançı) tutdu, idmançı 60,440 xal toplayıb.
Qeyd edək ki, fevralın 23-25-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçiriləcək. Yarışda 32 ölkədən gimnastlar iştirak edir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре