Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün ikinci günü başladı

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin sülh layihəsi ilə bağlı görüşünün ikinci günü keçirilir.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Berlində Borsiq villasında sülh müqaviləsi layihəsi üzrə danışıqların ikinci günü başlayıb", - məlumatda deyilir.
Qeyd edək ki, danışıqlar dünən ikitərəfli formatda başlayıb, daha sonra Almaniya XİN rəhbəri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam edib. Görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş"in müzakirəsi istiqamətində keçirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре