Ermənistanda polis etirazları yatırmaq üçün səs bombalarından istifadə edir

Ermənistan parlamentinin binası yaxınlığında polis səs bombalarından istifadə etməyə başlayıb.

Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, etirazçılardan birinin əli qoparılıb. Polis etirazçıları parlament binasının ətrafından uzaqlaşdırmağa çalışır.

Ermənistan Daxili İşlər Nazirliyinin rəis müavini Aram Hovhannisyan jurnalistin polisin niyə etirazçılara qarşı xüsusi vasitələrdən istifadə etməsi ilə bağlı sualını cavablandırarkən deyib ki, yaxşı edirlər.

"Mənə tərəf nə qədər butulkanın atıldığını hesabla. Bunu təhrik edən sizsiniz", - o qeyd edib.