Polis dələduzluğa görə axtarışda olan 9 nəfəri saxlayıb

Polis əməkdaşlarının iyulun 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan şəxslər saxlanılıb.

Day.Az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onların sayı 9 nəfərdir. Həmin şəxslər saxlanılaraq istintaqa təhvil verilib.