Növbəti ilin dövlət büdcəsində müdafiə xərcləri artırılır

Ermənistanın geniş militarizasiya siyasətinə cavab vermək üçün növbəti ilin dövlət büdcəsində müdafiə xərcləri artırılır.

Day.Az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, gələn il müdafiə xərcləri üçün 8 milyard 396 milyon manat vəsait ayrılması nəzərdə tutulur.