Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib

Prezident İlham Əliyev "Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında" Sərəncam imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan 3 nəfər 3-cü dərəcəli "Əmək" ordeni ilə, 15 nəfər isə "Tərəqqi" medalı ilə təltif olunub.